...

"Qarabağ" FK –nın rəhbərliyi komandanın birinci dövrədəki çıxışından razıdır

Cəmiyyət Materials 6 Dekabr 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ ""Qarabağ" ın Azərbaycan Çempionatının birinci dövrəsindəki çıxışı məni qane edir" - milli birinciliyin birinci mərhələsində komandanın çıxışını şərh edən Baş direktor Əmrah Çəkiləl bildirib. Trend - in, klubun rəsmi saytına əsasən, verdiyi məlumata görə, Çəkiləl bu mövsümdə əsas gücü komandanın tərkibinə daxil edilən gənc futbolçulara verilməsinin qərara alındığını bildirib. Komanda turnir cədvəlində 8 -ci yerdə qərarlaşsa da, "Qarabağ" perspektivə işləyir və qış tətilindən sonra özünü göstərə bilər. "Bəzən bizim iştirak etdiyimiz oyunlarda arbitrlər mübahisəli qərarlar qəbul edirlər və mən bunu anlaya bilmirəm " - Çəkiləl qeyd edib. Onun sözlərinə görə, rəhbərlik baş məşqçi Rasim Qaranın işindən razıdır və ona tam kart-blanş təqdim edir.

Xəbər lenti

Xəbər lenti