...

Azərbaycan Dövlət İrəvan Teatrına yeni bina verdilər

Cəmiyyət Materials 8 Dekabr 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Dövlət İrəvan Teatrına yeni bina verilib. Bu haqda TrendLife-a məlumat verən teatrın direktoru İftixar Piriyevin sözlərinə görə, verilən bina Məmmədəmin Rəsulzadə qəsəbəsində yerləşir. 2008-ci ildə isə həmin binanın bərpa işlərinə başlanacaq. Tam təmirdən sonra teatr yeni binaya köçəcək.

Xəbər lenti

Xəbər lenti