...

Azərbaycanda insan hüquqlarının qorunması sahəsində problemler var - Ombudsman (video)

Cəmiyyət Materials 9 Dekabr 2007 20:15 (UTC +04:00)
Azərbaycanda insan hüquqlarının qorunması sahəsində problemler var - Ombudsman (video)

Azərbaycan, Bakı /müxbir Trend K. Zərbalıyeva / Azərbaycanda insan hüquqlarının qorunması sahəsində problemler var. Bu barədə bazar günü jurnalistlərə açıqlamasında ombudsman Elmira Süləymanova məlumat verib.

Ombudsman bildirib ki, son illər insan hüquqlarının qorunması sahəsində müsbət nəticələr əldə olunsa da bəzi sahələrdə probləmlər hələ qalmaqdadır . Ombudsmanın sözlərinə görə Azərbaycanda polis idarələrində müvəqqəti saxlama təsnidxanalarında işqəncə faktlarına hələdə rast gəlinir.

Ombudsman deyib ki, həmin sahələrdə işgəncə faktları ilə mübarizə məqsədilə bütün polis əməkdaşları arasında maarifləndirmə işləri aparılır, onlara vətəndaşlarla necə rəftar edilməsi öyrədilir. Edmira Süləymanova işgəncə faktına görə cəzalandırılan polis əməkdaşlarının sayının kifayət qədər olduğunu bildirib.

Ombudsman həsab edir ki, yalnız işgəncə verən polislər yox, onların hərəkətlərinə cavabdeh olan onların rəisləridə cəzalandırılmalıdır.

Ombudsman bəzi cəza çəkmə müəssisələrində məhkumların hüquqlarının pozulmasında narahatlığını bildirib.

Onun fikrincə bəzi cəza çəkmə müəssisələrində təkminləşdirmələrə böyük ehtiyac var.

Süləymanovanın sözlərinə görə cəza çəkmə müəssisələri arasında daha çox şikayətlər Qobustan həbsxanasından və 14 saylı cəza çəkmə müəssisələri ilə bağlıdır.

"Qobustanda cəzaçəkən ölüm hökmü ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş məhkumların 15 il problemi hələdə öz həllini tapmayıb", - deyə Ombudsman bildirib.

1998-ci ildə Azərbaycanda ölüm cəzasının ləğvindən sonra bu cəzaya məhkum olunmuş 200-dək məhkum cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəzləndi.

Həmin məhkumlar, o zaman qüvvədə olan cəza qanunvericiliyini əsas gətirərək cəzalarını 15 ilə dək endirilməsini tələb edirlər.Bu tələblə dəfələrlə etiraz aksiyaları keçiriblər.Hazırda Qobustan həbsxanasında ölüm hökmü ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş 85 məhkum cəza çekir.

Ombudsman məhkumların saxlanmış şəraitləri ilə bağlı problemlər əksəriyyət cəzaçəkmə müəssisələrinin köhnə yararsız binalarda yerləşdirilməsi ilə əlaqələndirir.

Elmira Süleymanova həsab edir ki cəzaçəkmə müəssisələrini yeni binalara köçürdəndən sonra öz həllini tapacaq.

Xəbər lenti

Xəbər lenti