...

Müğənni Samir Piriyev klassiklərə müraciət edib

Cəmiyyət Materials 10 Dekabr 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Gənc müğənni Samir Piriyev efirdə ilk çıxışından sonra xeyli tamaşaçı məhəbbəti qazanıb. Məlahətli səsi və savadlı çıxışı ona incəsənət dünyasına geniş yol açıb. Gənc ifaçı yenilikləri barədə TrendLife-a danışıb.

-Samir, bu yaxınlarda pərəstişkarlarını hansı yeniliklər gözləyir?

-Yaxın günlərdətamaşaçıları yeni diskimlə sevindirəcəyəm. Xatırladım ki, diskim Moskvada yazılıb. Diskdə Tofik Quliyevin, Rauf Hacıyevin mahnıları yer alıb.

-Adətən gənc müğənnilər karyeralarını klip çəkdirməklə başlayırlar. Sənin buna münasibətin necədir?

-Mən də klip çəkdirmək niyyətindəyəm. Lakin bir az sonra. Sadəcə, qarşıda uzun bir yol var. İki aydan sonra bu işlə ciddi məşğul olacam.

- Hansı bəstəkarlarla işləyirsən?

-Bu işdə bəxtim gətirib. Düz iki il Vaqif Gərayzdə ilə işləmişəm. Hazırda isə Elçin İmanov, Emruzə xanım, Nadir Əzimov, Xanım İsmayılqızı ilə çalışıram.

-Samir, sən özün də mahnı bəstələyirsən...

-Bəli. Siz məni sirrlərimi açmağa məcbur edirsiniz. Çox bəstələrim var. Hətta bu bəstələrdən ibarət disk də buraxdırmaq istəyirəm. Onu da bildirim ki, bu mahnılar kommersiya xarakteri daşımır. Sırf yaradıcılıq məqsədi ilə yazılan bu mahnılara çox ciddi yanaşıram. Sizə daha bir sirr açım. Hazırda musiqisi Elçin İmanovun, sözləri Mikayıl Müşfiqin olan yeni mahnı üzərində işləyirəm. Həmin mahnı Mikayıl Müşfiqin 110 illik yubileyinə həs olunacaq.

Xəbər lenti

Xəbər lenti