...

Çempionlar Liqasında "Kalisiya" ilə görüş ərəfəsində "AzərReyl"-in itkisi yoxdur

Cəmiyyət Materials 10 Dekabr 2007 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın "AzərReyl" voleybol klubu dekabrın 11-də İdman Sarayında Çempionlar Liqasının qrup mərhələsinin üçüncü raundunda, polşalı "Kalisiya"-ya qarşı oyunda əhəmiyyətli itki verməyib. Milli Federasiyadan Trend -ə, komandanın bir həftə əvvəl "Fenerbahçe" yə qalib gələn tərkiblə oynayacağını bildiriblər. Beləliklə, meydana klubun kapitanı Oksana Quliyeva, Libero Valeriya Korotenko, Olqa Andryusenko, Polina Rəhimova, Darya Zamanova və Aygün Kərimova çıxacaq. Xatırladaq ki, "AzərReyl" iki turdan sonra ikinci yerdədir və pley-offa çıxmaq üçün yaxşı imkanları var .

Xəbər lenti

Xəbər lenti