...

Naxçıvan MR-in prokurorluq orqanlarına işə qəbulla bağlı test imtahanı keçiriləcək

Cəmiyyət Materials 12 Dekabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Tələbə Qəbulu üzrə Dövlət Komitəsi dekabrın 16-da Naxçıvan MR-in Prokurorluğunda və Naxçıvan MR-in Hərbi Prokurorluğundakı vakant yerlərə test imtahanı keçirir.

Test imtahanı Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetində keçiriləcək.

Üç saat ərzində namizədlər 100 sualı cavablandıracaqlar. Sualların 80-i hüququn müxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir, 20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçün nəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 balla qiymətləndirilir. İmtahan nəticəsində 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaq.

Naxçıvan MR-in Prokurorluğunda və Naxçıvan MR-in Hərbi Prokurorluğundakı vakant yerlərə sənəd qəbulu sentyabrın 1-dən noyabrın 1-dək aparılıb.Ümumilikdə 26 ştat vahidi üzrə 80 nəfərin namizədliyi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti