...

Futbol üzrə Azərbaycan yığması iyunda Andorra ilə oynayacaq

Cəmiyyət Materials 12 Dekabr 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Futbol üzrə Azərbaycan yığması gələn ilin yoldaşlıq görüşləri üzrə rəqiblərini müəyyən etməyə başlayıb.

Assosiasiya Andorra ilə yoxlama oyunun keçirilməsinə dair prinsipial rzılışma əldə edib. Görüş iyunun 4-də rəqib meydanında keçiriləcək.

Bu oyun, Almaniyanın da komandamızla birgə yer aldığı 2010-cu il mündialının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq.

Eyni zamanda, AFFA milli komanda üçün sparrinq-rəqib axtarışlarını davam etdirir. Bu məqsədlə Assosiasiya Belarus, Tunis, Misir, Bosniya, Çernoqoriya, Makedoniya və digər ölkələrdən olan həmkarları ilə danışıqlar aparır. Bununla yanaşı, Anqola ilə bu ilin sonunda keçirilməli olan yoldaşlıq oynu ilə bağlı məsələ qeyri-müəyyən olaraq qalır.

Xəbər lenti

Xəbər lenti