...

Azərbaycan Fotoqraflar İttifaqına yeni sədr seçilib

Cəmiyyət Materials 14 Dekabr 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycan Fotoqraflar İttifaqına yeni sədr seçilib. Səsvermənin nəticələrinə görə, bu yerə Şahin Hüseynzadə təyin olunub. Seçkilərdən sonra öz fikirlərini TrendLife-la bölüşən yeni sədr bunları bildirib: "Bizim indi həqiqətən işimiz çoxdur. Əsas odur ki, Fotoqraflar İttifaqına yeni bina tapaq".

Ş. Hüseynzadənin sədr seçilməsini ittifaqın keçmiş sədri Rafiq Qəmbərov belə şərh edib: "Hesab edirəm ki, düzgün seçkidir. Biz istəyirdik ki, rəhbərliyə gənc adam gəlsin. Şahinin 31 yaşı var. O, çox istedadlı oğlandır. Biz hamımız - həm gənc, həm də yaşlı nəsil ona kömək etməyə hazırıq. Düşünürəm ki, ittifaqda hər şey öz qaydasında olacaq".

Xəbər lenti

Xəbər lenti