...

Boksçu Əli İsmayılov növbəti döyüşünü fevralda keçirəcək

Cəmiyyət Materials 14 Dekabr 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov reytinq döyüşünü fevralda keçirə bilər. Yaxın günlərdə Bakıda, WBO-Latino kəmərini müdafiə edən idmançının Trend -ə verdiyi məlumata görə, o, meneceri ilə xaricdə bu və ya digər görüşlərin keçirilməsi haqqında təklifləri qiymətləndirir. "Variantlar kifayət qədər çoxdur və biz seçimimizdə tələsmirik. Kəməri müdafiə etdikdən sonra mənim reytinqim əhəmiyyətli dərəcədə qalxıb və daha adlı-sanlı rəqiblərlə görüşmək imkanı var" - Əli qeyd edib. Bununla yanaşı, o qeyd edib ki, yeni döyüşdə rəqibinin adı yeni ildən sonra müəyyən ediləcək. Hələ ki, kiçik taym-aut götürmək və bir həftəlik istirahətdən sonra məşqlərə başlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti