...

Mənim sevgilim otağa daxil olanda…- müğənni Röya

Cəmiyyət Materials 18 Dekabr 2007 23:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /müx. TrendLife Cavid Osmanov/ Şou-biznes nümayəndələrinin əksəriyyətinin öz yarını necə görmək istədiklərindən artıq xəbərdarsınız. Bəs görəsən müğənni Röya öz sevgilisini necə görmək istərdi? Bu haqda TrendLife-a müğənni özü danışdı.

"Düzünü desəm, mən artıq axtardığımı tapmışam. Sizə adi bir epizod danışım. O, qapının zəngini çalanda evdə olan insanlar qaçıb gizlənirlər. Mən də qapını açmazdan əvvəl evə göz gəzdirirəm, görüm hər şey öz yerindədir? Sevgilim otağa daxil olanda tam dəyişilirəm. Geyimimə, hərəkətlərimə, danışığıma istər-istəməz fikir verirəm. Əgər bu insan olmasaydı, yəqin ki, mən başqa cür geyinərdim. Görmürsünüz, son vaxtlar mən soyunmaqdan çox, geyinirəm"-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti