...

Azərbaycanın rep ulduzu şərti iş aldı

Cəmiyyət Materials 19 Dekabr 2007 13:23 (UTC +04:00)
Azərbaycanın rep ulduzu şərti iş aldı

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Məhkəmə Azərbaycanın rep ulduzuna 1 il 6 ay iş verdi. Çərşənbə günü Bakının Yasamal rayon məhkəməsi reper Elşad Xosenin barəsində hökm çıxarıb.

Xose bu ilin sentyabrında Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb və üzərindən narkotik maddə olan heroin tapılıb. Reper barəsində Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə 2 aylıq həbs seçilib. Bir neçə gün sonra Yasamal rayon məhkəməsi Xosenin vəkili Saleh Əliyevin verdiyi vəsatət əsasında reperin barəsindəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.

Xosenin vəkili Fərzəli Əliyev Trend ə bildirib ki, məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək Xosenin cəzasını 1 il sınaq müddətinə şərti hesab edib.

Vəkil bildirib ki, bir il müddətində Xose cinayət törətməzsə, məhkum olunmamış hesab olunacaq.

Vəkil məhkəmənin hökmündən apellyasiya şikayətinin verilib-verilməyəcəyi barədə hələlik bir qərar qəbul etmədiklərini deyib.

Narkoloji ekspertizanın rəyinə əsasən, Xosenin narkomaniya xəstəsi olduğu təsdiqlənib. Lakin onun özünə tənqidi münasibəti, narkotikadan zəhərlənmə əlaməti olmadığından narkomaniyadan Xosenin məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti