...

Biz komanda ilə tamamilə anlaşırıq -Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi

Cəmiyyət Materials 19 Dekabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfarov/ "Biz komanda ilə tamamilə anlaşırıq, dil maneəsi də bizə əngəl olmur". Bu barədə Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Tahir Zaman bildirib.

Mətbuat konfransı zamanı pakistanlı mütəxəssis qeyd edib ki, hazırda o, idmançılarla münasibət qurmaqda heç bir çətinlik hiss etmir. Məşqçi bildirib ki, komandanın bütün fikri Bakıda altı yığmanın iştirakı ilə keçiriləcək lisenziya yarışında uğurlu çıxış etməyə istiqamətlənib.

"Biz Bakıya gələcək komandalardan Kenuya və Çilinin oyunu ilə tanış deyilik. Lakin düşünürəm ki, biz bu komandaların iştirak etdiyi oyunların video yazısını əldə edəcək və onları öyrənəcəyik. Rəqibi qiymətləndirməmək heç bir halda düzgün deyil" -deyə Zaman bildirib.

Xəbər lenti

Xəbər lenti