Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Otüstü xokkey üzrə Azərbaycanın qadınlardan ibarət yığmasının aprelin 12-də Bakıda start götürəcək lisenziya turnirində rəqibləri müəyyənləşib. Kvalifikasiya yarışının gedişində meydan sahibləri İspaniya, Ukrayna, Keniya, Çili və Belarusla görüşəcəklər. Komandalar Pekin Olimpiadasına yeganə vəsiqə uğrunda mübarizə aparacaqlar. Tahir Zamanın yetirmələri iştirakçılar arasında ikinci reytinqə malikdirlər. Yarışın əsas favoritləri ispanlardır. Yarışma dairə sistemi ilə keçiriləcək və ən çox xal toplayan komandalar finalda görüşəcəklər. Beləliklə, xokkey üzrə Azərbaycan yığması 2008-ci il Olimpiadasına yola düşəcək ilk komanda olmaq üçün real imkanlara malikdir.