...

"One World" jurnalı dekabr nömrəsini Azərbaycana həsr edib

Cəmiyyət Materials 24 Dekabr 2007 15:25 (UTC +04:00)
"One World" jurnalı dekabr nömrəsini Azərbaycana həsr edib

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Bütün dünyada məşhur olan "One World" jurnalı dekabr nömrəsini Azərbaycana həsr edib. Bolqarıstanda nəşr edilən jurnalın üz səhifəsində Azərbaycan prezidenti İlham Əliyevin şəkli çap edilib. Jurnalın məqalələri Azərbaycanın tarixi və mədəniyyətinə, eks-prezident Heydər Əliyevin dövlət quruculuğundakı roluna, Ermənistan-Azərbaycan münaqişəsinə, onun ağır nəticələrinə, ölkənin iqtisadi inkişafına həsr olunub. Bu barədə bazar ertəsi telefonla Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildiriblər. Jurnalın bir məqaləsi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevaya həsr edilib. Jurnalın redaksiyası Parisdə yerləşir. Jurnal Bolqarıstan və Fransadan əlavə, ABŞ Konqresinin kitabxanası da daxil olmaqla dünyanın 25 aparıcı kitabxanası arasında yayılır.

Xəbər lenti

Xəbər lenti