...

Müğənni Elariz Leninin obrazında

Cəmiyyət Materials 24 Dekabr 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /müx. TrendLife Günel Əhmədova/

Müğənni Elariz bu ayın 26-da bir daha kamera önünə keçərək, musiqisi Eldar Mansurova, sözləri Pənah Rüstəmə məxsus olan "Gəl, sevimli yar" adlı mahnısına klip çəkdirəcək. Müğənni yeni klipinin rejissor missiyasını yenə də Rəhman Əliyevə həvalə edəcək. Yeni ilin ilk aylarında isə, bəstəkar Nadir Əzimova məxsus yeni mahnısını ekranlaşdıracaq. Bu barədə TrendLife-a müğənni məlumat verib.

Bu günlərdə doğum gününü qeyd edən müğənni, digər həmkarlarından fərqli olaraq, bu əlamətdar günü təntənəli şəkildə deyil, ailəsi ilə birgə istirahət mərkəzlərinin birində qeyd edib. Amma köhnə illə yeni ilin astanasında müğənni ailəsi ilə birgə ola bilməyəcək. Çünki həmin gecə istirahət mərkəzlərindən aldığı sifarişlərə əsasən, yeni il münasibətilə düzənlənəcək şou proqramlarda çıxışlar edəcək.

Yein il gecəsi telekanallarda yayımlanacaq bayram proqramlarında da görünəcəyini deyən Elariz ANS kanalında daha fərqli ampluada çıxış edəcəyini diqqətə çatdırdı. Həmin kanalda şoumen Kamran Həsənlinin hazırladığı yeni il proqramında Elariz müğənni kimi çıxış etməklə yanaşı, həm də Vladimr İliç Leninin obrazında görünəcək. Müğənninin etirafına görə, rolun öhdəsindən məharətlə gəlib və bayram proqramına çəkilən Rus Dram Teatrının aktyorları onu alqışlayıblar.

Xəbər lenti

Xəbər lenti