...

"AzerReyl"in voleybolçuları "Fənərbaxça"ya qarşı oyuna Bakıda hazırlaşacaqlar

Cəmiyyət Materials 25 Dekabr 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzerReyl" voleybol klubu Çempionlar liqası çərçivəsində, yanvarın birinci yarısında İstanbulda "Fənərbaxça"ya qarşı keçiriləcək növbəti qrup oyununa Bakıda hazırlaşacaq.

Avrokubokda bir aylıq fasilə yaransa da, komanda məşqlərini davam etdirir və təlim-məşq toplanışlarını Bakıda keçirməyi planlaşdırır. Yığmadakı oyunları da nəzərə almaqla, bu mövsümün qrafiki voleybolçular üçün çox sıx olub. Buna görə məşqçi heyəti təlim-məşqlərin Bakıda keçirlməsini məqəsədəuyğun hesab edir. Bununla yanaşı, "Fənərbaxça" ilə oyun öncəsi hazırlığın yekun mərhələsinin Türkiyədə keçirilməsi də istisna olunmur.

Qrup mərhələsinin dörd oyunundan sonra, komanda qrupda türkləri qabaqlayaraq, üçüncü yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti