...

Murad Dadaşov misli görünməyən layihədə aparıcı olacaq

Cəmiyyət Materials 26 Dekabr 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /müx. TrendLife Günel Əhmədova/

Telekanalların anonslarından bəlli olduğu kimi, dekabrın 31-i Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azadlıq meydanında misli görünməyən musiqili proqram təşkil olunacaq. Şoumen Murad Dadaşovun TrendLife-a verdiyi məlumatına görə, şounun aparıcısı missiyası ona həvalə olunub. Onun əlavəsinə görə, daha çox diskoteka musiqiləri ilə zəngin olacaq gecəyə Avropa və Türkiyədən məşhur diceylər dəvət olunub. Onların kimliyi hələlik açıqlanmasa da, öyrəndik ki, bayram tədbirində yerli ulduzların çıxışına da yer veriləcək.

M.Dadaşov məsləhət gördü ki, avtomobil sürücüləri günorta saatlarından başlayaraq şəhərdə piyada gəzsinlər. Çünki insan axını onların maşını idarə etməsinə imkan verməyəcək. Tədbirin Fəvvarələr meydanından başlayacağını qeyd edən şoumen tədbirin daha sonra Azadlıq meydanında davam etdiriləcəyini bildirdi. Gecənin sürprizlərlə bol olacağını diqqətə çatdıran M.Dadaşov bunun ölkə başçısının Azərbaycan xalqına bayram hədiyyəsi olduğunu qeyd etdi.

Xəbər lenti

Xəbər lenti