...

Ömürlük iş almış Azərbaycan zabitinin məhkəməsi yanvarda keçiriləcək

Cəmiyyət Materials 27 Dekabr 2007 18:29 (UTC +04:00)
Ömürlük iş almış Azərbaycan zabitinin məhkəməsi yanvarda keçiriləcək

Azərbaycan, Bakı / Trend ,müxbir K.Zərbalıyeva/ Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabitinin apellyasiya şikayətinə yanvarın 29-da baxılacaq.

Bu barədə cümə axşamı Trend ə Ramil Səfərovun ailəsinin məhkəmədəki əvvəlki nümayəndəsi, Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinov məlumat verib.

Saxlandığı İstintaq Təcridxanasının nəzarətçilərinə tabe olmamaqda ittiham olunan Səfərova ötən il noyabrın 17-də Budapeştin rayon məhkəməsinin hökmü ilə 8 ay şərti iş verilib. O, bu hökmdən apellyasiya şikayəti verib.

Şirinov bildirib ki, Səfərovun hüquqlarını məhkəmədə macar vəkil Klara Fişşer müdafiə edəcək.

Şirinov zabitin ailəsinin nümayəndəsi qismində yeni bir vəkilin işə qoşulacağını deyib. Onun sözlərinə görə, həmin vəkillə razılaşma əldə olunsa da, hələlik Səfərovun atası ilə vəkil arasında müqavilə imzalanmayıb.

Şirinov yeni vəkilin adını hələlik açıqlamağı məsləhət görməyib.

Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 2004-cü ilin fevralında erməni zabiti Qurgen Markanyanı qətlə yetirdiyi üçün, Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə, ömürlük azadlıqdan məhrum edilib. Bu hökmdən verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Azərbaycan zabitinin cəza çəkməsi üçün öz ölkəsinə vertilməsi məsələsi Azərbaycanın ədliyyə nazirinin Macarıstana səfəri zamanı müzakirə olunacaq. Onun cəzasını çəkmək üçün öz ölkəsinə verilməsi ilə bağlı Ədliyyə Nazirliyi Macarıstanın ədliyyə Nazirliyinə müraciət edib.

Səfərov barəsində ikinci məhkəmə hökmü olduğundan və bu hökm qanuni qüvvəyə minmədiyindən, onun Azərbaycana verilməsi prosesi gecikir.

Xəbər lenti

Xəbər lenti