...

Azərbaycan müğənnilərinin göstərdikləri gəlirləri həqiqətdən uzaqdır- Vergilər Nazirliyi

Cəmiyyət Materials 27 Dekabr 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın Vergilər Nazirliyinin cümə axşamı yaydığı məlumatda bildirilir ki, Azərbaycan müğənnilərinin bəyannamələrdə göstərilən gəlirləri həqiqətə uyğun deyil.

Musiqi fəaliyyəti ilə məşğul olan 1425 şəxsdən, bir şəxs üzrə orta ayılıq dövriyyə (gəlir) məbləği 90 manat, orta aylıq büdcəyə ödəniş məbləği isə 4 manat təşkil edib. Azərbaycanın tanınmış müğənniləri bəyannamələrində göstərilib ki, tanınmış sənətçilərin bəyan etdiyi orta aylıq 560 manat gəlir məbləğinin onların təkcə bir mərasimdə əldə etdiyi gəlirin məbləğindən də aşağıdır. Orta aylıq büdcəyə ödənişlərinin məbləği isə, 37 manat təşkil edir. Belə tanınmış müğənnilərə Ağayev Faiq, Bağırov Abbas, Bağırov İzzət, Qafarov Nadir, Dadaşova Brilyant, Yaqubov Əyyub, İbrahimova İradə, İsmayılova Rəqsanə, Nəcəfova Röyalə, Pişiyari Nazim, Salmanov Elaris, Səmədov Ağasəməd, Hümmətova Nüşabə, Caparidze Manana, Şükürov Ədalət, həmçinin Şeron qrupu daxildir.

Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisinin 1-ci müavini Habil Məmmədovun sözlərinə görə, göstərilən məbləğ həqiqətdən çox uzaqdır və tanınmış sənətçilərin bəyan etdiyi orta aylıq 560 manat, gəlir məbləğinin onların təkcə bir mərasimdə əldə etdiyi gəlirin məbləğindən də aşağıdır.

Məmmədov bir sıra tanınmış müğənnilərin, ümumiyyətlə, vergi orqanlarına gəlirləri barədə bəyannamə təqdim etmədiklərini də bildirib. Belə ki, 2007-ci ilin 3-cü rübündə Bağırov Abbas, Qədimova Xumar, Qasımova Nisə, İsgəndərli Mətanət, Kazımova Aygün, Kərimova Könül, Mehdiyev Rüfət, Məhərrəmli Vasif, Nəcəfova Röyalə, Nisanov Xəyyam, Hüseynəliyev Elton, Şuşalı Xuraman, Şükürov Namiq, həmçinin, N-Brohers və Şeron qrupları vergi orqanlarına bəyannamə təqdim etməyiblər.

Xəbər lenti

Xəbər lenti