...

"Europe Diplomatic Magazine" jurnalıAzxərbaycana xüsusi buraxılış həsr edib

Cəmiyyət Materials 27 Dekabr 2007 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan xarici İşlər Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumatda deyilir ki, "Europe Diplomatic Magazine" jurnalının dekabr 2007 - yanvar 2008-ci il tarixli 21-ci sayında Azərbaycanla bağlı "Azərbaycan: Qərb və Şərq tarixi yol kəsişməsində yerləşən ölkə ilə əməkdaşlıq üçün yeni üfüqlər" adlı 16 səhifəlik xüsusi buraxılış dərc edilib. Buraxılışda siyasi, sosial-iqtisadi və mədəniyyət sahələrində Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verilib, Azərbaycanın tarixini, mədəniyyətini və təbiətini əks etdirən çoxlu rəngarəng şəkillər təqdim olunub. Bu il iyunun 18-19-da Bakıda keçirilmiş GUAM-ın zirvə görüşünə də buraxılışda xüsusi yer ayrılıb.Mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, "Europe Diplomatic Magazine" jurnalı Avropa İttifaqı təsisatları arasında xüsusi nüfuza malik nəşrdir. Jurnal aparıcı Avropa paytaxtları, eləcə də, Belçika Krallığında akkreditə olunan diplomatik korpus, Belçikanın xaricdə fəaliyyət göstərən səfirlik və nümayəndəlikləri, Belçikanın ictimai-siyasi dairələri və lobbi qurumları arasında yayılır.

Xəbər lenti

Xəbər lenti