...

Vəkil "Gündəlik Azərbaycan"ın arxivinin qaytarılmasını xahiş edib

Cəmiyyət Materials 28 Dekabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K.Ramazanova/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktorunun apellyasiya şikayəti üzrə proses keçirilib.

Fətullayev Cinayət Məcələsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma(213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Cümə günü Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Fətullayevin vəkili İsaxan Aşurov qəzetə məxsus kompüterlərdəki arxivin qaytarılmasını məhkəmədən xahis edib.

Fətullayev də çıxışında müsadirə olunmuş kompüterlərdəki materialların onun intellektual mülkiyyəti, jurnalist araşdırmasının məhsulu olduğunu bildirib və həmin materialların qaytarılmasını xahiş edib.

Məhkəmə bu məsələyə yekun qərarında qiymət verəcəyini bildirib.

Baş redaktor Azərbaycanda jurnalistlərin peşə fəaliyyəti ilə əlaqədar həbs olunmadığı barədə dövlət məmurlarının rəyinə münasibət bildirib və öz həbsinin yazdığı yazı ilə əlaqədar olduğunu deyib.

Fətullayev məhkəmədən barəsindəki hökmün ləğv olunmasını xahiş edib. "Məhkəmə obyektiv qərar qəbul edərsə, bu iş Avropa Məhkəməsinə getməyəcək", -deyə Fətullayev bildirib.

Baş redaktorun "Əliyevlər müharibəyə gedir" başlıqlı yazısında Fəttulayevin terrora çağırışla bağlı fikirləri yer alıb. Xarici işlər naziri Elmar Məmmədyarov Milli Təhlükəsizlik Nazirliyinə ünvanladığı məktubunda bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər həmin məqalədə İranın Azərbaycana hücum edəcəyi ilə bağlı məlumatı oxuyandan sonra narahat olub, vahiməyə düşüblər. Məmmədyarovun məktubundan sonra, "BP", "Azəriqazbank", "Bank of Baku", "Nikoyl İnvestisiya" və digər təşkilatlar da bu barədə MTN-ə müraciət edib.

Məhkəmə hökmündə Fətullayevin, ictimai təhlükəni pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, dövlət əhəmiyyətli obyektlərdə partlayışlar, yanğınlar və digər təhlükələr törətməklə dövləti hədələdiyi qeyd olunub.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 8 jurnalist məhkum olunub.

Xəbər lenti

Xəbər lenti