Azərbaycan, Bakı/ Trend , müxbir K .Zərbalıyeva/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə prezidentin imzaladığı əfv fərmanı bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən icra olunub. Müxtəlif cinayətlərə görə məhkum olunmuş 117 məhkum bu gün azadlığa buraxılıb. Prezidetin dünən imzaladığı əfv fərmanı 119 nəfərə şamil olunub, onlardan ikisinin cəzası yarıya qədər azaldılıb. Əfv olunan məhkumlardan 4-ü qadın, 2-si yetkinlik yaşına çatmayan, 5-i isə əcnəbi vətəndaşlardır. Əfv fərmanı ilə 6 məhkum jurnalist azadlığa buraxılıb.
1995-ci ilin iyulundan bu günədək prezident 43 əfv fərmanı imzalayıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Baş İdarəsindən Trend ə verilən məlumata görə, əfv fərmanı 4703 məhkuma şamil olunub.
İndiyə qədər 8 amnistiya aktı qəbul olunub. 7 amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21 325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. Sonuncu aktla indiyədək 2700-dən artıq məhkum azad olunub.