...

Ölkə başçısı Xədicə Abbasovanı mənzillə təmin edib

Cəmiyyət Materials 30 Dekabr 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr /müx. TrendLife Günel Əhmədova/

Həyat yoldaşı Emin Sabitoğlunun yubiley mərasimi ilə əlaqədar Bakıda səfərdə olan müğənni Xədicə Abbasovanın mənzil problemi həll edilib. Sənətçi xanımın TrendLife-a bildirdiyinə görə, onun müraciətini nəzərə alan ölkə başçısı bu günlərdə onu mənzillə təmin edib.

Müğənninin xatırlatmasına görə, o, Emin Sabitoğlu ilə yaşadığı evi ehtiyac üzündən satıb: "Emin müəllimin vəfatından sonra ehtiyaclarım yaranmışdı. Yeganə çıxış yolum həmin mənzili satmaq idi. Amma bu addımla mən burada qalmaq imkanlarımı məhdudlaşdırmışdım. Bu qənaətə gəldim ki, ölkə başçısına müraciət edim. Çox sağ olsun, ricamı yerə salmadı".

Bundan sonra Azərbaycana sıx-sıx gəlməyi düşünən sənətçi xanım hazırda Kasablankada kiçik bizneslə məşğul olduğunu xatırlatdı.

Xəbər lenti

Xəbər lenti