...

Balakəndə gimnastika bölməsi açılıb

Cəmiyyət Materials 1 Fevral 2008 13:29 (UTC +04:00)
Balakəndə gimnastika bölməsi açılıb

Azərbaycanda gimnasitkanın inkişaf coğrafiyası genişlənməkdə davam edir. Şərqi Sumqayıt, Qərbi Gəncə və Şimali Dəvəçidə açılan şöbələrdən sonra Balakəndə gimnastikanın daha bir şimal ocağı yaranıb.

Keçmişdə özü də gimnast olmuş şöbə rəhbəri Səfər Gəncəyevin sözlərinə görə, gənc balakənli idmançılar özlərinin birinci çıxışına - martda keçiriləcək Azərbaycan birinciliyinə hazırlaşırlar.

"Biz ölkənin idman rəhbərliyinin regionlarda gimnastikanı inkişaf etdirmək çağırışını eşitdik və N 2 Nəsimi adına şəhər orta məktəbində şöbə açdıq. Aralarında qızların da olduğu 10-15 nəfər hələ ki, həftədə üç dəfə gimnastika zalında məşq edirlər. Mən əminən ki, yaxın vaxtlarda Balakəndə milli yığmaya cəlb ediləcək ümidverici gimnastlar peyda olacaq" - Gəncəyev bildirib.

Balakəndə yeni idman növü rayon gənclər və İdman İdarəsinə yeni qayğılar gətirib. Lakin idarə rəisi Rasim Paçalovun qeyd etdiyi kimi, bu xoşagələn əziyyətlərdir.

"Bütün alətlər ARDNŞ-ın hesabına alınıb, Balakən İcra Hakimiyyətinin rəhbərliyi isə zalın təmiri ilə bağlı yardım edib. Burada həm milli komanda, həm də həmsərhəd ölkələrin idmançıları ilə birgə təlim-məşq toplanışları keçirmək olar. Xüsusən də, Balakənin bir növ İsveçrəyə çevrildiyi yayda. Qarşıdakı Çin Olimpiadasında Balakən bir parolimpiyaçı ilə təmsil olunacaq və bu, bizim üçün böyük uğur və qürur duymaq üçün səbəbdir. İnşallah nə zamansa balakənli gimnastlar Azərbaycan komandasının olimpia şərəfini qoruyacaqlar" - Paçalov bildirib.

Yerli hakimiyyət balakənli gəncləri gimnastikaya öyrətmək təşəbbüsünü tam dəstəkləyir. Balakən rəhbərinin müavini Nəzakət Rüstəmova rayonda gimnastikanın inkişafına fundamental yanaşmanı vacib hesab edir.

"Bu gün bir çox valideynlər öz uşaqlarının əllərindən tutub onları gimnastika zalına gətirir, məşqləri maraqla izləyirlər. Uşaqların özündə marağın olması çox vacibdir. Yaxın vaxtlarda Balakəndə müxtəlif yarışlar, o cümlədən gimnastika üzrə yarışların da keçirilməsi mümkün olacaq, İdman kompleksi istismara veriləcək. Beləliklə, bizim şöbəyə gələnlərin axını artacaq, gimnastikanın gələcək milli kadrlar problemi gündəlikdən çıxarılacaq" - o qeyd edib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ölkənin bütün regionlarında gimnastikanın inkişafına xüsusi diqqət ayrılacağını qeyd edib: "Təkcə Balakəndə deyil, respublikanın digər şəhərlərində də gimnasitka şöbələrinin açılacağına əminlik ifadə etmək istəyirəm. Tikiləcək olimpia komplekslərində isə ərazi idman təşkilatları ilə, xüsusən də yerli gənclər arasında dövri olaraq gimnastika üzrə həm məşqlər, həm də yarışlar keçiriləcək. Mehriban Əliyevanın başçılıq etdiyi Azərbaycanın Gimnastika Federasiyası buna yardım edəcək, ruh yüksəkliyi ilə çalışanları həvəsləndirəcək. Belə ki, son nəticədə belə tədbirlər gimnastikanın sonrakı inkişafına kömək edəcək".

Xəbər lenti

Xəbər lenti