...

Klublar transferləri AFFA-da qeydiyyatdan keçirməyə tələsmirlər

Cəmiyyət Materials 7 Fevral 2008 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın futbol klubları qış fasiləsi dövründə həyata keçirilən transferləri AFFA-da qeydiyyatdan keçirməyə tələsmirlər.

Yarışların keçirilməsi üzrə Departamentin rəhbəri Məlik Həsənov Trend ə bunun bir çox komdandaların əsasən Türkiyədə təlim-məqş toplantısında olmaları ilə bağlı olduğunu bildirib. Onlar burada yeni oyunçulara baxış keçirirlər. "Ən fəallardan biri Xəzər-Lənkəran olub. Biz bu komdanaya bir neçə yeni oyunçu üçün lazımi sertifikatları vermişik. Lakin bu, komdandanın Sankt-Peterburqda Birlik Kubokuna hazırlaşması ilə izah edilir və komanda orada çox gözəl çıxış edib" - Həsənov bildirib.

Onun rəyinə görə, klubların fəallıqlarının zirvəsi transfer pəncərəsinin bağlanmasına yaxın olacaq. Belə ki, fevralın 16-dan ölkə çempionatının ikinci dövrəsi start götürür.

Xəbər lenti

Xəbər lenti