...

Şair Tofiq Həsənli Zemfira Əlişqızı ilə şeir davasına qalxıb

Cəmiyyət Materials 8 Fevral 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral /müx. TrendLife Səfurə/

Şair Tofiq Həsənli TrendLife-a verdiyi açıqlamada bildirib ki, şairə Zemfira Əlişqızı onun şeirlərinə sahib çıxır. 2000-ci ildə bir məclisdə tanış olan hər iki yazar bu gün müəlliflik hüquqlarının mübahisəsinə başlayıb. Tanış olduqları zaman Zemfira Əlişqızı Tofiq Həsənlinin şeirlərini bəyəndiyini deyərək onlardan bir neçəsini istəyib. Şair Tofiq Həsənli belə deyir. O, 50-yə yaxın lirik şeirini Zemfira xanıma verdiyini söyləsə də, qarşı tərəf belə bir şair tanımadığını, heç kimin sözlərindən istifadə etmədiyini söyləyir. 2001-ci ildən sonra müəyyən səbəblərdən bir müddət Azərbaycanda olmayan Tofiq bəy yazdığı şeirlərin sözlərinə mahnı bəstələndiyini, bu mahnıların tanınmış müğənnilər Brilliant Dadaşova və faytonçu Nazim tərəfindən ifa olunduğunu eşidərək Bakıya qayıdıb. Bəstəsi Nadir Əzimova məxsus "Bilən olmasın" mahnısının sözləri müəllif Zemfira Əlişqızının adı altında elan olunub və buna etiraz edən Tofiq Həsənli bildirir ki, mətnin məhz ona məxsus olduğunu sübut etməyə hazırdır. Bu yaxınlarda "Gözlərimin qaranlığında" mahnısının sözlərinin müəllifinin Zemfira Əlişqızı olması elan edildiyindən Tofiq bəy lap özündən çıxıb. Buna görə də o, bu problemlə bağlı fevralın 15-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti