...

Yaşar Nuri İstanbulda müalicə olunur

Cəmiyyət Materials 14 Fevral 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /müx. TrendLife Günel Əhmədova/

Paytaxtda gəzən söhbətlərə görə, İstanbulun "Memorial" xənstəxanasında müalicə olunan xalq artisti Yaşar Nurinin qara ciyərində əməliyyat aparılacağı gözlənilir. TrendLife-da məsələyə aydınlıq gətirən aktyorun qızı bu barədə onlara informasiya verilmədiyini söylədi: "Hazırda anam atamın yanındadır və hər hansı hadisə ilə bağlı bizə məlumat verir. Bir saat öncə anam evə zəng vurub bildirdi ki, bu gün konsilium keçiriləcək və professorlar atamın səhhəti ilə bağlı konkret məlumat verəcəklər. Ola bilsin, onun cərrahiyə əməliyyatı olunub-olunmayacağı bu gün aydın olacaq".

Xatırladaq ki, Yaşar Nuri bir neçə gün öncə qara ciyər serrozu diaqnozu və prostat vəzindəki xəstəliklə bağlı müalicə kursu keçmək üçün İstanbula aparılıb.

Xəbər lenti

Xəbər lenti