...

Azərbaycan Xəzərin ekoloji mühafizəsinə dair hesabatı Rusiyaya təqdim edəcək

Cəmiyyət Materials 18 Fevral 2008 13:59 (UTC +04:00)
Azərbaycan Xəzərin ekoloji mühafizəsinə dair hesabatı Rusiyaya təqdim edəcək

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya dövlətləri Xəzərin ekoloji mühafizəsinə dair hesabatlar hazırlayaraq yaxın vaxtlarda tərəflərə təqdim edəcək. "Xəzərin Azərbaycan hissəsinin çirklənməsinin 75 faizi Volqa çayına atılan tullantılar hesabına baş verir" bazar ertəsi jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyqulu Bağırov bildirib.

Xəzəryanı dövlətlər-Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İran Xəzərin ekoloji mühafizəsinə dair beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan Xəzərə axıdılan çirkli suların təmizlənməsi üçün 4 sutəmizləyici qurğu quraşdırıb. Bu qurğuların sayının ilkin olaraq 10 ədəd olacağı nəzərdə tutulub.

Bağırov deyib ki, Xəzərin neftlə çirklənməsi Rusiyanın iqtisadi marağı naminə olub. "Rusiya keçmiş SSRİ-nin varisidirsə, o dövrdən neftlə çirklənmiş Xəzərin təmizlənməsində birinci maraqlı olmalıdır" nazir əlavə edib. Onun sözlərinə görə, Rusiyada istehsal olunan neft məhsullarının 90 faizi Volqa çayı ətrafında yerləşən ərazilərdə yerləşir. Ona görə də Xəzərin çirklənməsi əsasən Volqa çayı ilə bağlıdır. Nazir qeyd edib ki, Rusiyaya təqdim olunan hesabatda bu faktlar qeyd ediləcək.

Xəbər lenti

Xəbər lenti