...

Azərbaycanda yeni telekanalların açılması müzakirə edilir

Cəmiyyət Materials 19 Fevral 2008 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda yeni tekanalların açılması nəzərdə tutulur. "Ölkədə yeni telekanalların açılması məsələsi Teleradio Şurasında müzakirə edilir" çərşənbə axşamı Trend ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Azərbaycanda ötən il yeni bir ümumrespublika, 3 regional telekanal fəaliyyətə başlayıb.

Ölkədə ümumilkdə 44 telekanal və radio fəaliyyət göstərir. Bunlardan 21-i telekanal, 11-i radio, 12-si isə kabel televiziyasıdır.

Məhərrəmli bildirib ki, ölkədə reklam bazarı inkişaf etdikcə yeni telekanlların açılması üçün tenderlər elan ediləcək. Açılacaq telekanallar yeni tezliklərdə yayımlanacaq. Onun sözlərinə görə, kabel televiziyalarının yayım keyfiyyətini artırmaq məqsədilə yeni sistemə keçmə prosesi başlanılıb. Yeni sistemə keçiddən sonra bütün kabel televiziyaları kart sisteminə keçəcək. Yeni sistemə keçidlə bağlı Almaniya və İtaliyadan yeni avadanlıqlar gətiriləcək. Məhərrəmli bildirib ki, yeni sistemə keçiddən sonra Bakının bütün rayonlarında kabel televiziyasından istifadə asanlaşacaq.

Xəbər lenti

Xəbər lenti