...

Qrossmeyster Teymur Rəcəbov Moreliya-Linares turnirində Vasiliy İvançukla heç-heçə oynayıb

Cəmiyyət Materials 21 Fevral 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir Z.Səfərov / Qrossmeyster Teymur Rəcəbov Vasiliy İvançukla Moreliya-Linares superturnirinin beşinci tur çərçivəsində heç-heçə oynayıb. Superturnirin birinci dövrəsi Meksikada keçir.

Ukraynalı ilə görüş bu mövsümdə Rəcəbov üçün üçüncü olub. Teymur üçün qalibiyyətli olan Odessada rapid üzrə Dünya Kubokunda bizim şahmatçımız dörddə bir mərhələdə rəqibini məğlub edib. Veyk-An-Zee turnirində isə tərəflər heç-heçə oynayıblar. Təbii ki, Moreliyada Azərbaycan qrossmeysteri İvançukla yarışda hesabı öz qələbəsi ilə açmaq istəyirdi, lakin rəqibinə də xal lazım idi. Ötən turda şahmatçımız Levon Aronyana məğlub olub. Nəticədə otuz üçüncü gedişdə sülh bağlayaraq, rəqiblər xalları bölüşdürüblər.

Bu partiyadan sonra Rəcəbov iki xal artıq toplayıb və liderləri izləməyə davam edir.

Xəbər lenti

Xəbər lenti