...

Meyxanaçı Vüqar meyxana teatrı açacaq

Cəmiyyət Materials 22 Fevral 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /müx. TrendLife Safura/

Beş aya yaxındır ki, maraqlı bir layihə üzərində işləyən, lakin bu haqda açıqlama verməkdən çəkinən meyxanaçı Vüqar TrendLife-dan heç nəyi gizlətmədi. Meyxana teatrı açmaq arzusu məndə çoxdandır - deyən meyxanaçı Azərbaycanda yenilik etmək istəyir. Məmləkətimizdə bir çox teatrlar olsa da, meyxana teatrı yoxdur. Amma deyəsən bu yaxınlarda onu da görəcəyik. Bu barədə meyxanaçı Vüqar TrendLife-a danışdı: "Heç bir türkdilli xalqın meyxanası yoxdur. Bu janr bizə məxsusdur. Meyxana teatrı olarsa, meyxanaçılar obrazlarla çıxış edərək, deyişəcəklər. Meyxana həvəskarları da təkcə televiziyalarda göstərilən meyxana deyişmələrini yox, canlı deyişmənin şahidi ola biləcəklər".

TrendLife-a məlumat verən Vüqar deyir ki, məkan tapsaydı, artıq məşqlərə başlardı. Ssenari hazırdır, aparıcılığı da elə özü edəcək. Əsas odur ki, meyxanaçılar bir araya gəlsinlər.

Xəbər lenti

Xəbər lenti