...

Bakı məktəblərində narkotik vasitələrdən istifadə ehtimalı üzrə araşdırmalara başlanılıb

Cəmiyyət Materials 22 Fevral 2008 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir C.Babayeva/ Bakı şəhəri üzrə Təhsil İdarəsi Nizami rayonunun 70 saylı məktəbində narkotik vasitələrdən istifadə barədə yayılan məlumatlara əsasən araşdırmalara başlayıb. Bu barədə cümə günü Trend a planlaşdırma və kadrların idarə edilməsi İdarəsinin direktoru Bəhmən Nabiyev məlumat verib.

Nəbiyevin sözlərinə görə, bu faktın araşdırılması barədə tapşırıq İdarəyə təhsil naziri Misir Mərdanov tərəfindən verilib.

"İdarədə bu məlumatın yalan olduğuna əmindirlər və hazırda KİV-də yayılan bu məlumatın doğru olub-olmaması müəyyən olunur" - deyə Nəbiyev bildirib.

Xəbər lenti

Xəbər lenti