...

Xocalı soyqırımı ilə bağlı İstanbulun Taksim meydanında aksiya keçiriləcək

Cəmiyyət Materials 23 Fevral 2008 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir S.İlhamqızı/ Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar bazar günü Türkiyənin İstanbul şəhərində mərkəzi Taksim meydanında tədbir keçiriləcək. Bu barədə Trend ə Türk Dünyası İnsan Hakları Derneyi İstanbul təmsilçisi Erol Şahingil məlumat verib.

Saat 13.00-da keçiriləcək anım mərasimini Türk Dünyası İnsan Haqları Dərnəyinin İstanbul nümayəndəliyi və Azərbaycan Dayanışma Dərnəyi təşkil edəcək. Aksiyada erməni vəhşiliyinə, Xocalıda soyqırım törədən ermənilərin yalançı "erməni soyqırımı" iddialarına etirazlar bildiriləcək.

Xəbər lenti

Xəbər lenti