...

İradə İbrahimova yeni mahnı üzərində işləyir

Cəmiyyət Materials 25 Fevral 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /müx. TrendLife Safura/

Müğənni İradə İbrahimova son vaxtlar gənc bəstəkarlarla işləməyə qərar verib. Bu günlərdə müğənni bəstəkar Emin Məmmədovun "Allo" və İsa Məlikovun "Bəlkə də" mahnısını təqdim edib. Hazırda isə müğənni bəstəkar Sevinc Tağıyevanın yeni mahnısı üzərində çalışır. "Mahnının adı bəlli olmasa da, çox ritmikdir. İfa etdiyim mahnıların çoxunda həm sözlər, həm də musiqi çox maraqlı olur. İnanıram ki, bu mahnı da bir çoxlarında maraq doğuracaq".

Müğənni bundan əlavə onu da qeyd etdi ki, bu yaxınlarda yeni klipinin çəkilişlərinə başlayacaq.

Xəbər lenti

Xəbər lenti