...

"Sepah"la əməkdaşlıqda təqsirləndirilən 15 nəfərlik qrup üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb

Cəmiyyət Materials 25 Fevral 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir K.Zərbalıyeva/ İranın hərbiləşmiş xidməti "Sepah"la əməkdaşlıqda təqsirləndirilən 15 nəfərlik qrup üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb.

Bakı şəhər Apellyasiya Məhkəməsindən Trend ə bildirilib ki, məhkəmə Ağır Cinayətlərə Dair İşlər uzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb.

İslam dövləti yaratmaq məqsədilə hakimiyyətin zorla ələ keçirilməsinə hazırlaşmaqda, dövlətə xəyanətdə ittiham olunan qrup üzvləri barələrindəki hökmdən apellyasiya şikayəti veribl?r.

Prosesin birinci hissəsində dəstə üzvləri prosesin qapalı keçirilməinə etiraz olaraq prosesdə iştirakdan imtina ediblər.

Dəstə başcısı Səid Dadaşbəylinin vəkili Elcin Qəmbərov prosesdə çıxış edərək müdafiə etdiyi şəxsə 100 min manat məbləğində təzminat ödənilməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Məhkəmənin hökmü ilə Səid Dadaşbəyli, Ceyhun Əliyev, Rəşad Əliyev 14, Cahangir Kərimov , Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyev 13, Mikayıl İdrisov, Emin Mehbalıyev 12, Rəşad İsmayılov, Mübariz Süleymanov 9, Faiq İsmayılov 6, Fətulla Bədirov 3 il 6 ay, Zaur Orucov 6 ay azadlğqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti