...

Azərbaycan Mətbuat Şurasının sədri dəyişə bilər

Cəmiyyət Materials 26 Fevral 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan Mətbuat Şurasının növbəti qurultayında Şuranın sədri dəyişə bilər. "Mən yenidən Şura sədrliyinə namizədliyimi irəli sürmək barədə qərar verməmişəm. Hazırda belə bir addım atıb-atmamağım barədə düşünürəm" çərşənbə axşamı Trend ə Şuranın sədri Əflatun Amaşov bildirib.

Mətbuat Şurası 2003-cü ilin martında Azərbaycan jurnalistlərinin birinci qurultayında yaradılıb. 2004, 2005, 2006-cı illərdə növbəti qurultaylar keçirilib. Bu il Şuranın növbəti qurultayı keçiriləcək. Qurultayın tarixi hələ dəqiqləşdirilməyib.

Qarşıdakı qurultayda Şuranın yeni sədr seçkisi keçirilməli, İdarə Heyəti formalaşmalıdır. Mətbuat Şurasının Nizamnaməsinə görə, bir şəxs quruma yalnız iki dəfə sədr seçilə bilər. Nizamnaməyə dəyişiklik edilməsə, 2003 və 2005-ci ilin qurultaylarında iki illiyə sədr seçilmiş Amaşovun yenidən bu postu tutmaq hüququ yoxdur.

Amaşov bildirib ki, Nizamnamənin dəyişməsi ilə bağlı indidən heç nə demək mümkün deyil. Hər şey Şuranın bu günlərdə keçirilməsi nəzərdə tutulan İdarə Heyətinin toplantısından asılı olacaq. İclasda görülən işlər təhlil ediləcək və yekun qərar açıqlanacaq. O, eyni zamanda Şuraya sədrliyi dövründə gördüyü işlərin qənaətbəxş olduğunu, bu qurumun özünü doğrultduğunu və indiyə qədər Şuraya 8 mindən artıq şikayətin daxil olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti