...

İlahə Fəda özəl telekanal yaratmaq arzusundadır

Cəmiyyət Materials 27 Fevral 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /müx. TrendLife Günel Əhmədova/

Yerli şou-biznesin qanun və qaydalarını qəbul etməyən müğənni İlahə Fəda TrendLife-a əksər hallarda yeril telekanalları izləmədiyini bildirdi. Buna görə də bəzi telekanal nümayəndələri ondan incik düşüblər. Daha çox əcnəbilərin intellektual verilişlərini izlədiyini deyən müğənni özəl telekanal yaratmaq barədə ideyasının qüvvədə olduğunu diqqətə çtadırdı: "Əvvəlcə onu qeyd edim ki, bir müddət əvvəl ANS telekanalı barədə tender elan olunanda orada iştirak etmək istəyirdim. Lakin tele-şirkət nümayəndələri ilə münasibətimi nəzərə alıb tenderdən çəkildim. Özəl kanal yaratmaq ideyamı nə vaxtsa gerçəkləşdirəcəyimə inanıram. Vaxt problemim olduğundan bir neçə işə eyni vaxtda yanaşa bilmirəm. Bu səbəbdən layihələrimin həlli fasilələrlə davam edir".

Şou-biznesin indiki durumuna qayıdan müğənni özünü bu mühitdən təcrid etdiyini və onun qanunları ilə ayaqlaşmaq iddasında olmadığını söylədi.

Xəbər lenti

Xəbər lenti