Azərbaycan, Bakı, 27 fevral /müx. TrendLife Safura/
Müğənni Lalə Məmmədova musiqisi Tünzalə Ağayevaya, sözləri Baba Vəziroğluna aid "Kim bilir?" mahnısına klip çəkdirəcək. Bu klipin rejissoru Etibar Həsənov olacaq. Lalə Məmmədova TrendLife-a verdiyi məlumatda bu günə qədər rejissor Etibar Həsənovun işindən məmnun qaldığını və yeni ekran işini məhz ona etibar edəcəyini bildirib: "Kim bilir?" mahnısı hazırda diqqət mərkəzindədir. Çox zənglər olur. Bu mahnının klip versiyasını görmək arzusunda olanlar da çoxdur. Kliplərimin rejissoru Etibar Həsənov işi ilə məni hər zaman qane edib. Artıq mahnı rejissora təqdim olunub və süjet xəttini düşünəndən sonra çəkilişlərə başlayacağıq".