...

"Vəkillərin Davranış Qaydaları"nın layihəsi müzakirəyə çıxarılıb

Cəmiyyət Materials 28 Fevral 2008 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir K.Zərbalıyeva/"Vəkillərin Davranış Qaydaları"nın layihəsi hazırlanıb.

Bu barədə cümə axşamı Trend ə Vəkillər Kollegiyasından məlumat verilib.

Kollegiyanın sədr müavini Fərhad Nəcəfov bildirib ki, "Vəkillərin Davranış Qaydaları" haqqında Əsasnamənin layihəsi müzakirə üzün bütün vəkil qurumlarına paylanacaq. Vəkillərə layihəyə əlavə və dəyişikliklər üçün bir ay vaxt veriləcək.

Sənədin müzakirəsi yekunlaşandan sonra Əsasnamənin qəbul olunması üçün Vəkillər Kollegiyasının Konfransı çağrılacaq.

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strtegiyada hakimlərin və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulub. Həmin sahədəki tədbirlərdən biri kimi Vəkillər Kollegiyasına Vəkillərin Etik Davranış Qaydalarının hazırlanıb qəbul edilməsi tapşırılıb. Qaydaların 2007-ci ilin sonunadək qəbul edilməsi nəzərdə tutulmuşdu.

Vəkillər Kollegiyasının üzvü Rəşid Hacılı bildirib ki, kodeksin qəbulu vəkillik institutuna inamı artıracaq, vəkil xidmətinin keyfiyyətini yüksəldəcək və vəkillərin korrupsiya hallarında iştirakının qarşısının alınmasında əhəmiyyət daşıyacaq.

Azərbaycanda vəkillərin fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunla və Vəkillər Kollegiyasının Nizamnaməsi ilə nizamlanır.

Vəkillər Kollegiyasının 780 üzvü var. Azərbaycan vəkillərin sayına görə Avropa dövlətləri arasında sonuncu sıralarda durur.

Xəbər lenti

Xəbər lenti