...

ATƏT Azərbaycanda diffomasiya ilə bağlı vəziyyətdən narahatdır – səfir

Cəmiyyət Materials 6 Mart 2008 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir KZərbalıyeva/ Bakı Apellyasiya Məhkəməsinin hakimləri üçün ATƏT-in Bakı ofisinin xətti ilə diffomasiya ilə bağlı seminar keçirilib.

"Diffomasiya ATƏT məkanında: Qanunvericilik və təcrübə" mövzusunda keçirilən seminarda hakimlərə Avropa dövlətlərinin bu sahədəki təcrübəsi, İnsan Haqları üzrə Avropa Məhkəməsinin diffomasiya ilə bağlı presedentləri barədə məlumat verilib.

ATƏT-in Azərbaycanda diffomasiya ilə bağlı mövcud vəziyyətdən narahat olduğunu deyən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Hererro bildirib ki, hakimlər bu sahədəki işlərə baxarkən Avropa Məhkəməsinin presedentlərinə istinad etməlidirlər. Səfir hesab edir ki, bu sahədə Azərbaycandakı mövcud vəziyyəti dəyişmək lazımdır və Avropa Məhkəməsinin öyrənilməsi üçün hakimlərə, prokurorlara və vəkillərə vaxt verilməlidir.

Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev bildirib ki, ATƏT-ə üzv olan ölkələr arasında diffomasiya həm cinayət, həm də mülki hüquqi məsuliyyət yaradır. Diffomasiya ilə bağlı mübahisələrə Cinayət Məcəlləsinin müddəalarının tətbiqində sui-istifadə hallarının baş verə bilməsi ehtimalı, eləcə də həmin maddələrin fikir və söz azadlığının məhdudlaşdırılmasına yönəlməsi bu işlərə yalnız mülki qaydada baxılması zərurətini yaradır.

İbayev qeyd edib ki, Avropa Məhkəməsinin presedentlərində göstərilib ki, diffomasiyaya görə azadlıqdan məhrumetmə cəzasının verilməsi jurnalistləri ictimaiyyətin marağına səbəb olan məsələlərin müzakirəsində iştirak etməkdən çəkindirəcək. Buna görə də cinayət məsuliyyəti KİV-in məlumat çatdırmaq və ictimai nəzarəti həyata keçirmək funksiyasını yerinə yetirməsinə maneə yaradacaq.

ATƏT-in apardığı araşdırmalar zamanı məlum olub ki, əksər Avropa dövlətlərinin qanunvericiliyində diffomasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, təcrübədə bu cəza tətbiq olunmur, ya da nadir hallarda tətbiq olunur.

Avropa Məhkəməsinin qərarlarının birində qeyd olunub ki, diffomasiya ilə bağlı işlərdə kompensassiya müəyyən edərkən məhkəmələr cavab, düzəliş və ya üzr dərc edilməsini, naşirin dərc etdiyi böhtan məlumatlardan hər hansı gəlir əldə etməsini, təyin olunmuş cərimə onun maddi vəziyyətinə ciddi ziyan vuracağını və ya müflisləşməsinə səbəb ola biləcəyini nəzərə almalıdır.

İbayev bildirib ki, rəsmilər Azərbaycanda diffomasiyaya görə cinayət məsuliyyətinin zəruriliyini jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması, həbsdə olan jurnalistlərin peşə fəaliyyətinə görə məsuliyyətə cəlb olunmamaları, KİV-lərdə qanunların və peşə davranış normalarının pozulması, keçid dövrü üçün xarakterik olan bəzi problemlərin hələ də qalması ilə izah edirlər.

Cinayət Məcəlləsinin böhtan (147), təhqir (148) maddələri təhqir və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutur. Cəzanın maksimum həddi isə 3 ilədək azadlıqdan məhrumetmə müəyyən olunub.

Azərbaycanda hazırda 3 jurnalist həbsdədir.

Onlardan iksi - "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit qanunsuz olaraq narkotik maddə saxlamada ittiham olunara 3, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev isə terrorçuluqla hədələmədə, vergidən yayınmada günahkar bilinərək 8 il azadlıqdan məhrum edilib.

Xuliqanlıqda ittiham olunan "Azadlıq" qəzetinin baş redaktorunun barəsində məhkəmə prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti