Azərbaycan, Gəncə, 08 mart / Trend ", müxbir V.Məmmədov/ 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhərində tort müsabiqəsi keçirilib. Gəncə Özəl Türk Litseyində keçirilən müsabiqədə 32 tort təqdim olunub.
Mərasimə münsif qismində qatılan xanım KİV nümayəndələri xarici görünüşünə və dadına görə şirniyyatları qiymətləndiriblər. Qalib xanımlara hədiyyələr təqdim olunub.
Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.