Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir Z.Səfərov/ AFFA-nın yeni rəhbəri Rövnəq Abdullayev FİFA-nın medalını alıb.
Mükafatı FİFA-nın nümayəndəsi Yeva Paskue təqdim edib. O, qeyd edib ki, Azərbaycan futbolunun gələcəyi etibarlı əllərdədir. "Mən sizi keçən konfrans münasibətilə təbrik edirəm və hesab edirəm ki, düzgün seçim etmisiniz" - deyə Paskue qeyd edib.
Yeni seçilmiş prezident Azərbaycanda bir nömrəli idman növünün inkişafına istiqamətlənmiş bir sıra maraqlı ideyalarla çıxış edib. Onun fikrincə, futbol vergilərdən azad olmalıdır. O, bu ideyanı həyata keçirmək niyyətindədir. Abdullayev qeyd edib ki, onun işinin prioritetlərindən biri futbolun inkişafı üzrə Dövlət Proqramının icrası olacaq.
"Qarşımızda böyük səbr və zəhmət tələb edən işlər var, bu idman növünü yüksək səviyyəyə qaldırmalıyıq. Bunun üçün futbolu kompleks şəkildə, uşaq meydançalarından başlayaraq, inkişaf etdirmək lazımdır" - Abdullayev bildirib.
.