...

Londonda azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini qeyd ediblər

Cəmiyyət Materials 1 Aprel 2008 06:33 (UTC +04:00)

Böyük Britaniya, London, 1 aprel / Trend müxbir G.Əhmədova/ 31 mart - azərbaycanlıların soyqırmı gününə həsr edilmiş Londonda "Azərbaycan Evi"-nin qərərgahında tədbir keçirildi.

Tədbirdə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, türk, kipr və cənubi-azərbaycan diasporları, xarici qonaqlar və Böyük Britaniyada təhsil alan tələbələr iştrak etdilər.

Xatirə günü Londonda "Azərbaycan Evi"-nin sahibi Əlibəy Ataların çıxışından başladı və 1918-ci ildə baş verən hadisələrə həsr edilmiş sənədli xronikanın göstərilməsi ilə başa çatdı.

F.Qurbanov öz çıxışında vurğuladı ki, bütöv azərbaycanlılar faciəli günləri yaddan çıxartmamalıdırlar.

"Hesab edirəm ki, axır illər ərzində Azərbaycan və onun tarixi haqqında həqiqətin yayması istiqamətində az iş görülməmişdir. Biz bu yolda daha da aktiv olmalıyıq. Biz soyqırımı zəyif olduğumuza görə qeyd etmirik, bunu unutmamaq üçün qeyd edirik", - deyə səfir qeyd etdi.

Azərbaycan xalqı 31 mart gününü ölkə tarixinin faciəli vərəqi kimi yadda saxlamalıdır. Kütləvi ölümlərin və represiyaları XX əsrin faciəli səhifələri kimi qeyd etmək olar.

Azərbaycan xalqının bu faciəsində "Böyük Ermənistan" xəyalı ilə yaşayan erməni şovinizminin bir üzə verməsinin şahidi oluruq.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti