...

Azərbaycana atni-korrupsiya tədbirlərinin yerinə yetirilməməsinə görə cəza tətbiq edən güclü məhkəmə sistemi lazımdır - ekspert

Cəmiyyət Materials 1 Aprel 2008 11:01 (UTC +04:00)
Azərbaycana atni-korrupsiya tədbirlərinin yerinə yetirilməməsinə görə cəza tətbiq edən güclü məhkəmə sistemi lazımdır - ekspert

Azərbaycan, Bakı, 1 aprel / Trend , müxbir S.Ağayeva/ Beynəlxalq ekspert Azərbaycan hakimiyyətini korrupsiya ilə daha səmərəli mübarizə aparmaq üçün qanunvericiliyi sərtləşdirməyə çağırır. "Azərbaycanda korrupsiya ilə səmərəli mübarizəni tam olaraq əks etdirə biləcək qanunvericilik olmalıdır" - deyə çərşənbə axşamı jurnalistlərə anti-korrupsiya üzrə biritaniyalı ekspet Ceyms Kellok bildirib. Ekspert hesab edir ki, ölkədə korrupsiya ilə mübarizə üsullarının təkmilləşdriliməsi üçün tədqiqat strukturlarının yaradılması lazımdır.

"Azərbaycana atni-korrupsiya tədbirlərinin yerinə yetirilməməsinə görə cəza tətbiq edən güclü məhkəmə sistemi lazımdır" - deyə Kellok bildirib.

Azərbaycanın Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə İdarəsində 2008-ci ilin birinci kvartalı ərzində korrupsiyada ittiham olunan 26 dövlət məmuru ilə əlaqədar 13 cinayət işinin tədqiqatı başa çatıb. Hazırda korrupsiyada ittiham olunan təxminən 30 dövlət məmuru ilə əlaqədar 28 cinayət işi üzrə tədqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti