...

Müğənni Xəyyam dueldən imtina etdi

Cəmiyyət Materials 1 Aprel 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Baku, 01 aprel /müxb. TrendLife Turkan İmamalieva/

Gənc müğənni Xəyyam bir müddət öncə vəd verdiyi sözünün üstündə durdu. Sənətçi "Elə-belə, gülə-gülə gəl" adlı mahnısına klip çəkdirməyə başlayıb. Rejissor kimi isə, Emin Mirabdullayevə müraciət olunub. Təklifləri dəyərləndirərkən "kapriz"li olan Emin Mirabdullayev bu dəfə heç bir şərt qoymadan Xəyyama klip çəkməyə qərar verib. Səbəb isə odur ki, mahnının sözləri və musiqisi Eminin çox xoşuna gəlib. Yeri gəlmişkən, onu da qeyd edək ki, klip janrında ilk dəfə olaraq məhz Xəyyam "ayrımbi" janrına müraciət edəcək. Bu təklif isə rejissorun özü tərəfindən gəlib. Rejissor mahnını dinləyər-dinləməz məhz bu üslubda klip çəkməyə qərar verib. Dünya sənətçilərinin yaradıcılığına nəzər salsaq, görərik ki, Qreq Devid kimi müğənnilər də məhz bu üslubda klip çəkdiriblər. Mahnı xeyli müddət əvvəl Mirabdullayevə təqdim olunsa da, ssenari üzərində bir müddət işləndiyindən, yaxın günlərdə klipin çəkilişlərinə başlanıb. Artıq adıçəkilən klipin montaj işləri aparılır. Klipdə Xəyyamın tərəf-müqabili "Miss Selena"nın qalibi Aliyə olacaq. Həmin klipin qrim işlərində Maqsud Məmmədov çalışıb. Rejissorun sözlərinə görə, Maqsud Məmmədov Aliyəni elə qrim edib ki, əsl manekenə bənzəyir. Ümumiyyətlə, yaxın zamanlarda təqdimatı nəzərdə tutulan bu klipin istər üslubu, istər süjet xətti Azərbaycan tamaşaçısı üçün yeni olacaq.Yeri gəlmişkən, Xəyyam son günlər iradəsi, sənətdə özünə inamı ilə diqqət çəkdi. "Nömrə-1" layihəsində ardıcıl olaraq iki dəfə dueldə çıxışları Xəyyam barədə müsbət fikirlərin çoxalmasına şərait yaratdı. Hətta belə demək mümkünsə, Xəyyamın yaradıcılığını yetərincə izləməyənlər belə, məhz bu layihədə onun ifaçılıq bacarığının, səhnə mədəniyyətinin nə qədər kübarcasına olduğunun şahidi oldular. Bu duellər Xəyyama tamaşaçı auditoriyasını çoxaltmağa da stimul verdilər. Hər halda, ardıcıl olaraq Xəyyamın digər iştirakçılar tərəfindən duelə dəvət olunması, eyni zamanda, gənc müğənninin hər iki dueldə qalib qismində çıxması da onun imicinə müsbət təsir göstərdi. Xəyyam media nümayəndələrinin, jurnalistlərin də hörmətini qazandı. Çünki, konkret, əsaslı səbəb olmadan layihədən qaçan, yarışmadan çəkinən müğənnilərdən fərqli olaraq, Xəyyam səhnəyə çıxmaqdan çəkinmədi. Bu onun müsbət tərəflərindən biri kimi qiymətləndirildi. Son həftədə də Teymur Əmrahın yenidən Xəyyamı duelə çağırması, təbii ki, mətbuatın da marağını çəkdi. Tamaşaçılar kimi, bizdə də elə təəssürat yaranır ki, sanki "Nömrə 1" yarışmasında Xəyyamdan başqa kimsə yoxdur. Belə olmasaydı, yəqin ki, Xəyyamın həmkarları duel yoldaşı seçərkən başqalarının da adını çəkərdilər. İkinci tərəfdən, məhz Teymur Əmrahın Xəyyamın adını çəkməsi başqa məqamla da yadda qaldı. Teymur Əmrah hər zaman sənətə hörmət etməyi bacaran bir müğənni kimi seçilib. Elə məhz bu səbəbdən də o, duelə zəif deyil, məhz güclü rəqib çağıracaqdı. Ən azı səviyyəni nəzərə alanda, Teymur zəif rəqiblə eyni səhnəni paylaşmağı özünə yaraşdırmaz. Onda belə məntiqi nəticə çıxır ki, Xəyyam iştirakçılar arasında ən güclü rəqibdir ki, Teymur da məhz onu duelə dəvət etdi. Ancaq bir əmma var. Xəyyam artıq iki dəfə pərəstişkarlarından SMS toplayıb. Qısa zamanda yenidən Xəyyamın lazımi qədər SMS toplaya bilməsi bir qədər çətin ola bilər. Xəyyamı sevənlər var ki, hər dəfə ona SMS yollaya bilmirlər. Belə olan halda, Teymur Əmrahın ona qalib gəlməsi bir qədər taktiki baxımdan asanlaşar. Ona görə də bir qədər Xəyyamın ardıcıl olaraq duelə dəvət olunması insaflı görünmür. Elə bütün bunları nəzərə alıb ,Xəyyamla əlaqə saxlamaq qərarına gəldik. Üç dəfə məhz onun çağırılmasına Xəyyamın öz münasibətini də öyrəndik: "Sözün düzü, bu barədə bu gün konkret heç nə demək istəmirəm. Cümə gününə qədər, ola bilər ki, fikrimdə dəyişikliklər olar. Çox güman ki, bu duelə gəlməyim. Mən üç həftə, demək olar ki, ardıcıl şəkildə duelə dəvət olundum. Bu dəfə qatılmaq istəmirəm. Bunun obyektiv və subyektiv səbəbləri var. Ora gəlməyəcəyim barədə konkret açıqlamanı cümə günü efir vasitəsilə bildirəcəyəm. Elə bil məndən başqa orada müğənni yoxdur. Başqa bir tərəfdən isə, düşünürəm ki, yəqin maraqlı sənətçi olduğumdan, həmkarlarım duelə məni dəvət edirlər". Maraqlandıq ki, Teymur Əmrah barədə Xəyyamın fikirləri necədir? Gənc müğənni bildirdi ki, müəllim saydığı Teymur Əmraha münasibəti müsbətdir. Konkret olaraq ona qarşı heç bir iddiası yoxdur: "Mənim, həm bir pedaqoq, həm bir ifaçı kimi, Teymur Əmraha böyük hörmətim var. Cümə günü duelə gəlməməyimin səbəbi isə, Teymur Əmrah deyil. Bəziləri deyir ki, guya qorxub gəlmirəm, bu heç də elə deyil. Əgər qorxsaydım, bundan əvvəlki duellərə də gəlməzdim. Mənim sənətimə və özümə inamım var. Konkret səbəbi isə, mənim dilimdən məhz efir vasitəsilə həmin gün eşidəcəklər".

Xəbər lenti

Xəbər lenti