...

Bruno Metsyu AFFA-dan narazıdır

Cəmiyyət Materials 1 Aprel 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir Z.Səfərov/ Tanınmış fransız mütəxəssisi Bruno Metsyu Azərbaycanın Futbol Federasiyasının (AFFA) nümayəndələri ilə danışıqlardan razı qalmayıb.

CISsoccer məlumat verib ki, 2002-ci il dünya çempionatında dörddə bir finala çıxaraq, ən böyük sensasiyalardan birini yaratmış Seneqal yığmasına rəhbərlik edən məşqçi Azərbaycan yığmasına rəhbərlik edə bilərdi. Lakin onun yerini alman məşqçi Berti Foqts tutub.

Metsyu bəyan edib ki, Azərbaycan yığmasına başçılıq edə bilərdi, lakin son anda AFFA nümayəndələri başqa namizədə üstünlük veriblər. "Mən hələ də çaşqın vəziyyətdəyəm, mənə bu qərarın səbəbini izah etməyiblər".

AFFA-nın baş katibi Elxan Məmmədov aprelin 3-də Münhendə Foqts ilə müqavilə imzalamaq görüşəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az

Xəbər lenti

Xəbər lenti