...

Xuraman Şuşalıya Qarabağ atı bağışladılar

Cəmiyyət Materials 1 Aprel 2008 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı,01 aprel /müx.TrendLife Safura/

Xuraman Şuşalının avtomobilinin əlindən alınması haqqında gəzən söz söhbətlərə son qoymaq istəyən müğənni TrendLife a müraciət edərək bu məsələyə aydınlıq gətirdi:

"Mənim Audi Q 7 markalı avtomobilim çox böyük olduğundan, Bakının dar küçələrində çətinlik çəkirəm. Elə bu səbəbdən avtomobilimi satıb, yeni, bir qədər balacasını almaq istəyirəm. Heç kim mənim əlimdən avtomobilimi almayıb. Əksinə, mənə Qarabağ atı bağışlayıblar. Qabaqcadan deyirəm ki, atı Moskvada yaşayan doğma dayım bağışlayıb

Hədiyyə olunan atın adını Xuraman xanımdan soruşanda müğənni bir qədər fikrə getdi, sonra isə gülərək dedi:

Qəhvəyi rəngli atımın Adı Şah Şəhriyardır. Həyət evim olmadığından, hələ ki, onu öz yanımda saxlamıram. Həyətim olanda onu mütləq yanıma gətirəcəyəm. İndi onu sürməyi öyrənirəm. Çünki, yaxınlarda çəkiləcək klipimdə ondan da istifadə edəcəyəm. Bəlkə də avtomobil alana qədər Bakı küçələrini elə Şah Həşriyar ilə gəzdim. İndiki tıxacların öhdəsindən ancaq at gələr."

Ağ atlı şəhzadə axtarışında olan Xuraman Şuşalının atı tapıldı. Qaldı şəhzadə.

Xəbər lenti

Xəbər lenti