...

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşı barəsindəki hökm dəyişdirilmədi

Cəmiyyət Materials 2 Aprel 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Bakı Şəhər İcra Hakimiyyətinin sabiq əməkdaşı barəsindəki məhkəmə hökmü qüvvədə saxlanılıb.

Bakı Apellyasiya Məhkəməsindən çərşənbə günü Trend a bildirilib ki, icra hakimiyyətinin təsərrüfat işləri üzrə sabiq hüquq məsləhətçisi Əli Qurbanovun apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti təmin olunmayıb.

Məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Qurbanov Cinayət Məcəlləsinin (dələduzluqla əmlakın ələ keçirilməsi (178.3.2) və külli miqdarda pulun mənimsənilməsi (320.1) maddələri ilə ittiham olunaraq 7 il 6 ay şərti cəza alıb.

Qurbanov Səma-3 MTK-ın sədri Puşkin Əhmədovdan dələduzluq yolu ilə 250 min dollar almaqda ittiham edilib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti