...

Babamın 95 illik yubileyini qeyd etmək cəhdlərim boşa çıxır - xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev

Cəmiyyət Materials 3 Aprel 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel /müx. "TrendLife" Safura/

Sağ olsaydı, xalq artisti Mirzə Babayev bu ili iyul ayının 16-da doğum gününü qeyd edəcəkdi. 90 illiyi ölümündən sonra dövlət səviyyəsində qeyd olunan xalq artistinin 95 yaşının qeyd edilib-edilməyəcəyi sual altındadır. Bu tarixin yeç kimin yadına düşməməsindən şikayətlənən Mirzə Babayevin nəvəsi Emin Babayev TrendLife müxbirinə əlindən heç nə gəlmədiyini söylədi:

"Mən fiziuki şəxsəm. Əlimdən nə gəlir ki. Babam sağ olsaydı, bu il onun 95 yaşını qeyd edəcəkdik. Yubiley tarixə çox az qalır. Əgər yubileyin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulsaydı, biz yaxın qohumları bu haqqda məlumatlı olardıq. Bir neçə telekanala müraciət etməyimə baxmayaraq, Mirzə Babayevin yubiley tarixi heç kimin yadına düşmür. Düşünürəm ki, 100 illik yubileyi yaddan çıxmayacaq".

Yeri gəlmişkən, bu il Mirzə Babayevin ölümündən düz 5 il keçir.

Xəbər lenti

Xəbər lenti