...

Ad günümdə ilk hədiyyəni fanatlarımdan aldım – İradə İbrahimova

Cəmiyyət Materials 3 Aprel 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel/ müx. TrendLife Günel Əhmədova/

Çərşənbə günü axşam fanatları ilə görüşən müğənni İradə İbrahimova ilk ad günü hədiyyəsini onlardan alıb. Müğənninin TrendLife-a dediyinə görə, hər il doğum günü ərəfəsində fanatları ilə görşüməyə çalışır:

"Əslində, anadan olduğum tarix bu gündür- 3 aprel. Sadəcə, fanatlarla görüşümün ayaqüstə keçməməsi üçün bir gün əvvələ planlaşdırdıq və ilk hədiyyəmi onlardan aldım. Bunlar arasında suvenirlər, ev əşyaları və aksesuarlar var. Hədiyyələr mənim üçün çox dəyərlidir və onları evin bir küncünə qoymağa çalışmıram. Artıq hədiyyələrdən biri, saat qolumdadır, digərlərini də sevə-sevə istifadə edəcəyəm".

Doğum günü həvəskarı olmayan İradə İbrahimova ad gününü ailəsi ilə birlikdə evdə qeyd edəcəyini söylədi. Əhval-ruhiyyəsi yüksək olan müğənni özünə bu ritmdə davam etməyi arzuladı. Müğənni telzilklə maraqlı layihələrinin olacağını da istisna etmədi.

Xəbər lenti

Xəbər lenti